close

오토위니에 오신 것을 환영합니다!

Hyundai Elantra

  • 아제르바이잔 아제르바이잔 59 1052 views
  • 2020.07.28
1. Qabaq buferdə bir neçə yerdə sürtünmə izləri var. Bu sürtünmə əvvəlcədən olsaydı Autowini avtomobili yoxlayandan sonra mənə göndərdiyi raportda bu zədələri göstərməliydi. Görünür yüklənmə zamani olub.(Video) 2. Akkumlyatorun icinde ümumiyyətlə su yox idi. Bilirəm ki, Autowini buna cavabdeh deyil, amma avtomobili konteynerə yükləmədən öncə motorda yağın səviyyəsini yoxladığı kimi akkumlyatoru da yoxlayıb bu barədə məni xəbərdar edə bilərdilər.Deyə bilərdilər ki, akkumlyator ora şatana qədər yararsız olacaq.. Məndə gömrüyə avtomobili təhvil almağa gələrkən hazırlıqlı gələrdim. Bu haqda məlumatım olmadığına görə pis vəziyyətdə qaldım. 3. Avtomobildə sürücü tərəf döşəmə çox çirkli vəziyyətə düşüb. Döşəmə və örtüyü parçadandır, rezin deyil, bu isə təmizləmə zamanı çoxlu vaxt və zəhmət tələb edir. Yekun olaraq: Avtomobil almaq istəyirsinizsə onu qiymətinə görə Autowinidən sifariş etməyə dəyər. Çünki, mənim gətirdiyim maşınla Azərbaycanda ən azından 3-4 min manat daha bahadır. Autowini avtomobili konteynerə yükləmədən öncə akkumlyatoru da yoxlayıb sahibini xəbərdar etsə bu daha yaxşı olar. Ümid edirəm növbəti müştərilərin avtomobilinə öz avtomobili kimi davranarlar və salonu palçıq etməzlər. Mən Autowininin avtomobili konteynerə yükləyən heyətindən daha profesional münasibət göstərəcəklərinə ümid edirəm və mənə avtomobil almaqda kömək edən Günel xanıma minnətdarlığımı bildirirəm! Hörmətlə, Mikayıl.
close

공유하기

  • facebook
  • Whats apps
top

사진 용량이나 네트워크 환경에 따라
등록에 다소 시간이 소요될 수 있습니다.

Saving..  0%